SƏFİYYƏ BİNT HÜYEY

(50/670-ci ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin həyat yoldaşlarından biri olmuşdur. Bəzi mənbələrdə onun kənizi olduğu qeyd edilir. Onun atası Mədinənin Nadir adlı yəhudi qəbiləsinin başçısı Hüyey ibn Əhtab olmuşdur. Müsəlman mənbələrinə görə o, Uhud döyüşündən sonra bütpərəstlər və münafiqlərlə (I) anlaşaraq müsəlmanlara qarşı təxribat hazırlamaq niyyətində olmuşdur. Bununla yanaşı nadirlilər Məhəmməd peyğəmbərə qarşı qəsd də hazırlamışdırlar. Buna görə 4/625-ci ildə nadirlilərlə müsəlmanlar arasında müsəlmanların üstünlüyü ilə nəticələnən qarşıdurma baş vermişdir. Bundan sonra nadirlilər Mədinədən çıxmağa məcbur qalmışdırlar. Məhəmməd peyğəmbər də onlara apara biləcəkləri əmlakları özləri ilə birlikdə aparmalarına icazə vermişdir. Bundan sonra yəhudilərin çoxu Hüyey ibn Əhtabla Xeybər qalasına sığınmışdırlar. Orada yəhudilər Qətəfan qəbiləsi ilə anlaşmaya girərərək Mədinəyə basqın etmək qərarına gəlmişdirlər. Ancaq, Məhəmməd peyğəmbərin hicrətin 6-cı ilində Hüdeybiyyədə qüreyşlilərlə sülh anlaşmasını bağlaması müsəlmanlara qarşı yönələn bu basqının qarşısını almaq imkanını verdi. Xeybərə yürüşə çıxmış müsəlman qoşunu yəhudilərin bütün qalalarını ələ keçirdilər. Döyüşlərdə Səfiyyənin atası, qardaşı və əri öldürülmüşdür. Onun özü isə əsir düşmüş, Məhəmməd peyğəmbərə kəniz olaraq verilmişdir. Bəzi mənbələrə görə Məhəmməd peyğəmbər Səfiyyəni azad etmiş və onunla evlənmişdir. Səfiyyənin adından rəvayət edilən bir çox hədislər hədis toplularında yer almışdır. O, Mədinədə vəfat etmişdir.
SƏFƏVİLƏR
SƏHABƏLƏR
OBASTAN VİKİ
Səfiyyə binti Hüyey
Səfiyyə binti Hüyey (ərəb. صفية بنت حيي‎; təq. 610, Mədinə – 670, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızı. Səfiyyə binti Hüyey təxminən 610-cu ildə anadan olmuşdur. Onun atası Huyey ibn Əxtab Məhəmməd peyğəmbərin və müsəlmanların qatı düşməni olduğu üçün ənsarlarla mühacirlər arasında çəkişmə fürsətini əldən verməmiş, Qüreyşlə ittifaqa girmişdir. İlk əri Sallam bin Mişkam əl-Qureyzə qəbiləsinin məşhur şairi idi, lakin onların evliliyi uzun sürməmişdir. Onun ikinci əri Bəni Nadir qəbiləsinin nümayəndələri arasında yüksək mövqeyə malik olan Kənan ibn ər-Rəbi ibn Əbu əl-Hukayk idi. Mədinənin yəhudi qəbilələri (Bəni Kayinuka, Bəi Nadir və Bəni Qureyzə) müsəlmanlarla bağladıqları müqavilələri pozduqdan sonra onlar qovulur və Bənu Nadir Xeybərdə məskunlaşır. Mədinədən qovulduqdan sonra Səfiyyənin atası Məhəmməd peyğəmbərlə düşmənçiliyindən əl çəkmir.
Səfiyyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Səfiyyə binti Əbdülmüttalib
Səfiyyə binti Əbdülmüttalib (ərəb. صفية بنت عبدالمطلب‎, 570, Məkkə – 640, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin bibisi, Zübeyr ibn Əvvamın anası. İslamda bütpərəst (İslam ədəbiyyatında müşrik) kişini öldürən ilk qadın səhabə kimi tanınır. 567-ci ildə Məkkədə anadan olmuşdur. Müsəlman olmadan əvvəl iki dəfə ərə gedir. Zübeyr ibn Əvvam ikinci evliliyindən idi. Məhəmmədin İslama dəvətini eşidən o, oğlu Zübeyrlə birlikdə İslamı qəbul etmişdir. İslamın yayılmasında peyğəmbərə dəstək verməsi ilə bilinir. O, oğlu Zübeyrlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. O, müxtəlif müharibələrdə iştirak edib və müharibəyə gedən ilk müsəlman qadın kimi tanınıb.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.